Şəbəkə qurğuları bərədə
Get-WMIOBJECT əmrinin üstünlüləri barədə əvvəllər yazmışam. Bu səbəbdən də bu mövzuda gələcəkdə skriptlər yaratmaq üçün lazım olacaq olan mühüm məlumatları paylaşacam. Birçox şirkətdə işlərin avtomatlaşdırılması üçün çox halda skriptlərdən istifadə olunur və bu skriptlərdən əsası şəbəkə avadanlıqlarına aiddir. Şəbəkə avaadnlığı, İP ünvanı, MAC ünvanı və s. barədə məlumatları əldə etməyin bir digər üsulu eyni zamanda CMD-də IPCONFIG ilə də mümkündür. Amma Powershell skriptlərində daha çox powershell-in öz əmrlərindən istifadə etmək daha da əlverişlidir.
Beləliklə:
Şəbəkə adapterləri barədə məlumat üçün: Ps;\gwmi win32_networkadapter
Burada gördüyünüz kimi Kompyuterdə olan fiziki və virtual şəbəkə adapterləri barədə məlumatlar əks olunub.
Burada biz lazım olan qurğunu filtr vasitəsilə digərlərindən önə çıxara bilərik
ps:\ gwmi win32_networkadapter | where {$_.adaptertype -like "eth*"}
Burada:
Servicename = Qurğunun qısa adı
MACAddress = Qurğunun MAC ünvanı
AdapterType = Qurğunun tipi
Ethernet
802.3 ("Ethernet
802.3")
Token
Ring 802.5 ("Token
Ring 802.5")
Fiber
Distributed Data Interface (FDDI) ("Fiber Distributed Data Interface
(FDDI)")
Wide
Area Network (WAN) ("Wide
Area Network (WAN)")
LocalTalk ("LocalTalk")
Ethernet
using DIX header format ("Ethernet
using DIX header format")
ARCNET ("ARCNET")
ARCNET
(878.2) ("ARCNET
(878.2)")
ATM ("ATM")
Wireless ("Wireless")
Infrared
Wireless ("Infrared
Wireless")
Bpc ("Bpc")
CoWan ("CoWan")
1394 ("1394")
Name = Qurğunun tam adı
NerworkAddresses = Şəbəkə ünvanı
Speed = Qurğunun sürəti
Buradan göründüyü kimi verdiyimiz əmr şəbəkə qurğusunun adı, İD-si, MAC ünvanı və sürəti barədə məlumatları göstərdi. Amma biz İP ünvanını və SUBNET MASK-ı görmək üçün isə aşağıdakı əmrdən istifadə edəcəyik:
ps:\gwmi win32_networkadapterconfiguration