Tuesday, November 1, 2016

3.4 Powershell-də GET-WMI əmri - Şəbəkə qurğuları haqqında (AZ)

3.4 Powershell-də GET-WMI əmri  - Şəbəkə qurğuları barədə (AZ)

Şəbəkə qurğuları bərədə

Get-WMIOBJECT əmrinin üstünlüləri barədə əvvəllər yazmışam. Bu səbəbdən də bu mövzuda gələcəkdə skriptlər yaratmaq üçün lazım olacaq olan mühüm məlumatları paylaşacam. Birçox şirkətdə işlərin avtomatlaşdırılması üçün çox halda skriptlərdən istifadə olunur və bu skriptlərdən əsası şəbəkə avadanlıqlarına aiddir. Şəbəkə avaadnlığı, İP ünvanı, MAC ünvanı və s. barədə məlumatları əldə etməyin bir digər üsulu eyni zamanda CMD-də IPCONFIG ilə də mümkündür. Amma Powershell skriptlərində daha çox powershell-in öz əmrlərindən istifadə etmək daha da əlverişlidir.

Beləliklə:

Şəbəkə adapterləri barədə məlumat üçün:    Ps;\gwmi win32_networkadapter



Burada gördüyünüz kimi Kompyuterdə olan fiziki və virtual şəbəkə adapterləri barədə məlumatlar əks olunub.
Burada biz lazım olan qurğunu filtr vasitəsilə digərlərindən önə çıxara bilərik

ps:\ gwmi win32_networkadapter | where {$_.adaptertype -like "eth*"}


gördüyünüz kimi biz adapter tipi Ethernet olanları önə çıxardıq.
Burada:
  Servicename = Qurğunun qısa adı
  MACAddress = Qurğunun MAC ünvanı
  AdapterType = Qurğunun tipi
    Ethernet 802.3 ("Ethernet 802.3")
     Token Ring 802.5 ("Token Ring 802.5")
     Fiber Distributed Data Interface (FDDI) ("Fiber Distributed Data Interface (FDDI)")
     Wide Area Network (WAN) ("Wide Area Network (WAN)")
     LocalTalk ("LocalTalk")
     Ethernet using DIX header format ("Ethernet using DIX header format")
     ARCNET ("ARCNET")
     ARCNET (878.2) ("ARCNET (878.2)")
     ATM ("ATM")
     Wireless ("Wireless")
     Infrared Wireless ("Infrared Wireless")
     Bpc ("Bpc")
     CoWan ("CoWan")
     1394 ("1394")


DeviceID = Qurğunun İD-si
Name = Qurğunun tam adı
NerworkAddresses = Şəbəkə ünvanı
Speed = Qurğunun sürəti

Buradan göründüyü kimi verdiyimiz əmr şəbəkə qurğusunun adı, İD-si, MAC ünvanı və sürəti barədə məlumatları göstərdi. Amma biz İP ünvanını və SUBNET MASK-ı görmək üçün isə aşağıdakı əmrdən istifadə edəcəyik:

ps:\gwmi win32_networkadapterconfiguration