Sunday, September 25, 2016

4. - Powershell - Get-childitem (gci) əmri (AZ)

PowerShell-də Get-childitem (gci) əmri

      Get-childitem əmrini bir qovluğun içindəki faylların vəya qovluğları bilmək üçün istifadə edirik.
Məsələn, deyək ki, hər hansı bir qovluğumuz var və onun içində nə fayl və nə qovluqlarının olduğunu bilmək istəyirik. Düzdür  bir-bir girib baxmaq olar, amma bu zəhlətökən iş olacaq. Bunun üçün powershell-i açaraq

get-childitem qovluğumuzun_adi

Burada qovluğumuzun adi yerinə qovluğun yerləşdiyi yeri və ardınca adını yazırıq.
      Yuxarıdakı şəkildə də göründüyü kimi mən C diskindəki test qovluğunun içində hansı faylların və ya qovluqların olduğu bilmək istədim və sadə əmri yazdım. Amma bu əmrə mənə sadəcə test qovluğununu içindəkiləri göstərdi. Bu qovluğun içindəki digər qovluqların içindəkiləri göstərmədi. Bu zaman köməyimizə -recurse vəya qısaltması olan -rec əmri çatır.

gci c:\test -rec


Yuxarıda göründüyü kimi mən yalnız qısaltmalardan istifadə etdim və kodun ardına -rec yəni -recurs əmrini əlavə etdikdən sonra sistem mənə test qovluğunun içindəki bütün fayl və qovluqları eləcə də orada yerləşən qovluqların içindəki faylları da göstərdi. 

Bundan əlavə biz istədiyimiz fayl tipini də bu üsulla tapa bilərik. Məsələn, istəyirik ki, qovluğun içində yerləşən yalnız *.jpg fayllarının görək. Bu zaman kodumuz:

gci c:\test *.jpg 

olacaq.



Göründüyü kimi yalnız uzantısı jpg olan bütün fayllar ekrana çıxdı. Və beləliklə biz bunu faylda saxlamaq istəyiriksə bu zaman əvvəlki dərslərdən də öyrənildiyi kimi əmrin tam bitimində > işarəsi qoymaq və saxlanılacaq yeri və faylın adı ilə tipini göstərmək lazımdır.

gci c:\test *.jpg -rec > "d:\jpg fayllar.txt"


No comments:

Post a Comment